BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Zəfər Günü ərəfəsində şəhid övladları üçün yaradıcı master-klaslar təşkil olunub!

07 noyabr 2025 09:51:21

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, “Norm” ASC-nin maliyyə dəstəyi ilə Zəfər Günü ərəfəsində məktəbli şəhid övladları üçün yaradıcı master-klaslar keçirilib.
 
Tədbirin əsas məqsədi şəhid övladlarının yaradıcılıq potensialının inkişafına dəstək göstərmək, onların sosial inteqrasiyasını gücləndirmək və Zəfər Gününün mənəvi dəyərini uşaqlara daha dərindən aşılamaq olub.
 
Master-klaslarda ümumilikdə 26 şəhid övladı iştirak edib. Təlimlər zamanı uşaqlar müxtəlif yaradıcılıq fəaliyyətlərinə cəlb olunub, vaxtlarını səmərəli və əyləncəli keçiriblər.
 
Tədbirin sonunda bütün iştirakçılara xatirə hədiyyələri təqdim edilib.